Coğrafiyaşünas alim Ənvər Şıxlinskinin kolleksiyası MEK -ə təqdim olundu

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə AMEA Coğrafiya İnstitutunun mərhum direktoru, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyasının təqdimatı keçirilib.

Mərkəzdən "Olaylar" - a bildirlib ki, təqdimatı giriş sözü ilə açan MEK - in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bu cür tədbirlərin müəssisədə tez-tez keçirildiyini, hər həftənin dördüncü gününün təqdimatlara ayrıldığınbildirdi.MEK-in Kataloqlaşdırma və sistemləşdirmə şöbəsinin əməkdaşı Aygün Mehdiyeva slaydla alimin keçdiyi ömür yolunu qısa şəkildə tədbir iştirakçılarına təqdim etdi. Daha sonra elmi fəaliyyəti haqqında danışan çıxışçı Ənvər Şıxlinskinin ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olduğunu, ilk dəfə olaraq on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olmasının elmi əsaslarını verdiyini dedi. Daha sonra A.Mehdiyeva kitabxanaya bağışlanan kolleksiya haqqında məlumat verərək, onun 755 adda kitabdan ibarət olduğunu, bunlardan 26-nın azərbaycan, 729-nun isə rus dilində olduğunu dedi. AMEA-nın Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Ənvər Şıxlinski haqqında xatirələrini bölüşərək, alimin insani keyfiyyətlərindən danışdı.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı uşaq olarkən ailədə Ənvər Şıxlinski haqqında çox danışıldığını, belə bir alimlə eyni soyadı daşımasıyla fəxr etdiyini dedi.

AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Hacı Şıxlinskinin çıxışından sonra alimin nəvəsi, rəssam Səbinə Şıxlinski və həyat yoldaşı Heybət Babayev Mərkəzi Elmi Kitabxana ilə tanışlıqdan sonra babalarının kitab kolleksiyasının kitabxanaya təqdim edilməsinin doğru qərar olduğu dilə gətirdilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR