SOCAR-ın vitse-prezidenti və BMT-nin təmsilçisi Eko-parkda

Ekoloji Parkda SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı" (NAMA) layihəsi çərçivəsində tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və BMT İP-nin rezident nümayəndəsi Alessandro Frakasetti iştirak ediblər. Qonaqlar layihə çərçivəsində əldə edilmiş 4 ədəd hibrid, enerji cəhətdən sərfəli avtomobillərlə tanış olmuşlar. Sonra qonaqlara ötən dövr ərzində layihənin "Enerji səmərəliliyi" komponenti üzrə "Azərikimya" İB, Tullantı Mərkəzi və Eko-park ərazisində görülmüş işlər haqqında məlumat verilmişdir. SOCAR-ın vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə layihə çərçivəsində "Siyəzənneft" NQÇİ-nin ərazisində görüləcək işlərdən danışmış, bildirmişdir ki, NQÇİ-nin mədən ərazilərində formalaşan aşağı təzyiqli səmt qazlarının toplanaraq sistemə ötürülməsi, yaxınlıqda yaşayan əhalinin "mavi yanacaq"la təminatına cəlb edilməsi nəzərdə tutulmuşdur. Bu isə öz növbəsində, həm ekoloji, həm də sosial tədbir kimi respublikamız üçün çox əhəmiyyətlidir. Sonda Eko-park ərazisində ənənəvi ağacəkmə işləri həyata keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR