Diaspor üzvləri Niderland Parlamentində görüş keçiriblər

Dünən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Krallığı Milli Məclisinin (Tweede Kamer) türk əsilli millət vəkilləri Tunahan Kuzu və Səlcuk Öztürklə görüşüblər. "OLAYLAR"-ın xəbərinə görə, görüş parlamentin binasında baş tutub. Görüşdə Birliyin üzvləri və Rotterdam Erasmus universitetində təhsil alan 3 azərbaycanlı tələbə - Məhəmməd İbrahimov, Bayram Orucov və Mehrab Bağırlı iştirak edib. "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri M.Ağamirzəyeva onların hər ikisini parlamentə üzv olmaları münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qarşı tərəf də eyni zamanda azərbaycanlı diaspora üzvlərinin bu jestini yüksək qiymətləndirdiklərini və belə görüşlərin tez-tez keçirilməli olduğunu bildirib. Hər iki türk xalqının nümayəndələrinin qərib ölkələrdə bir-birinə arxa-dayaq olmağın vacibliyindən danışıblar və birliyin uğurlu lobbiçilik fəaliyyəti üçün yardım gərəkirsə əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Görüşün sonunda Birliyin sədri DENK Partiyasının arxiv-muzeyinə "İrəvan xalçaları" adlı kitabı və Azərbaycan filmlərindən ibarət disklər toplusunu, eləcə də Azərbaycana aid suvenirləri xatirə hədiyyəsi verib. Görüş xoş bir dostluq abu-havasında başa catıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR