Azərbaycan İslam dəyərlərinin qorunması və təbliği istiqamətində öz töhfələrini verməkdədir

"Dünyada müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib. O, bildirib ki, Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur: "Dinimiz bizim milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biridir. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsinin əsasında da dövlətimizin və xalqımızın islami dəyərlərə yüksək ehtiramı dayanır. Təsadüfi deyil ki, dövlət başçımızın bu qərarı müsəlman aləmində də çox yüksək qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Dövlətimizin siyasətində müsəlman dövlətləri ilə sıx əməkdaşlıq məsələləri xüsusi yer tutur. Cari ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da sadalananlar kontekstində mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Qeyd etdiyim kimi, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və İslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. İslam Həmrəyliyi Oyunları dünya üçün bir mesaj olacaq. Çünki dünyada İslam dinini gözdən salmaq istəyən qüvvələr var. Ölkəmiz bu Oyunları yüksək səviyyədə keçirməklə, 50-dən çox ölkəni bir araya gətirməklə həmrəyliymizi, eləcə də, İslamın dünyada ən mütərəqqi din olduğunu bir daha dünyaya təqdim edəcək"  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR