Dünyanın daşınmaz əmlak bazarının aparıcı şirkətləri  Bakıya toplaşacaq

Əmlak Məsələləri Dövlət Kömitəsi bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərgi 23-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Komitədən "Olaylar"a verilən məlumata görə, sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir. Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu məqsədlə, komitə tərəfindən sərgidə yaradılacaq povilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların  vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elktron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Qeyd edək ki, bu ilki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin povilyonlarının yaradılması kimi yeniliklərdə  nəzərdə tutulur. Belə ki, burada həmin müəssisələrin maliyyə durumu, iqtisadi göstəriciləri, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı  və sair digər bütün məlumatlar əks olunacaq. Bundan başqa sərgidə komitənin məsləhət xidmətləri də fəaliyyət göstərəcək. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR