Peşə məktəbində narkomaniya ilə bağlı tədbir keçirilib

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Peşə məktəbində narkomaniya və onun fəsadları mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Rayon Polis şöbəsinin inspektoru, həkim-psixiatr, peşə məktəbinin müəllim və tələbə heyəti iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə iştirakçılara narkomaniyanın cəmiyyətə vurduğu zərər, onunla mübarizə yolları, narkotik maddələrin istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri, narkomaniyanın insan orqanizminə məhvedici təsiri, narkomaniyaya düçar olmuş şəxslərin müalicəsi, erkən müalicənin labüdlüyü, narkomaniyanın insan psixologiyasında və ailə həyatında yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib.Tədbirdə narkomaniyanın insan həyatına vurduğu zərəri daha dolğun çatdırmaq üçün video çarx nümayiş olunub və gənclər sağlam həyat tərzi yaşamağa, asudə vaxtlarını səmərəli keçirməyə səslənib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR