Qafqazşünasların I Beynəlxalq Forumu

AMEA- nın  rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Qafqazşünasların I Beynəlxalq Forumu" keçirilib. Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə tarixdə ilk dəfə keçirilən forumun əhəmiyyətini vurğulayıb. Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu səsləndirib. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçının iştirak etdiyi forumda Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya kafedrasının müdiri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı əsir və itkin düşən, ağır işgəncələrə məruz qalan və öldürülən qadınlar barədə" məruzəsi ilə çıxış edib. XX bölmədən ibarət olan forumda iştirakçılar sertifikat ilə təltif olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR