Nazir müavini AŞ-ın nümayədəsi ilə görüşüb

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı əsasında həyata keçirilən "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində Bakıda keçirilən konfransda iştirak etmək üçün səfərdə olan AŞ-nin Demokratik idarəetmə üzrə direktoru xanım Klaudia Luçiani ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib. Nazirlikdən "Olaylara" a verilən məlumata görə, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən tədbirlərdən danışan nazir müavini qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu sahədə beynəlxalq tövsiyələr nəzərə alınmaqla qanunvericilik bazasının formalaşdırıldığını, o cümlədən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqini vurğulayaraq layihə çərçivəsində nazirliyin Avropa Şurası ilə qarşılıqlı fəaliyyətini qeyd edib.  Xanım K.Luçiani birgə həyata keçirilən "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi üzrə görülən işlər və konfrans barədə məlumat verərək Avropa Şurasının ekspertlərinin QHT-lərə dair hazırladığı hesabatla bağlı Azərbaycan tərəfi ilə maraqlı müzakirələrin aparıldığını bildirib.Tədbirdə AŞ-nın Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR