Bahar Muradova: “Etik Kodeks bütün komitələrində müzakirə edilməlidir”

"Milli  Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi parlamentin bütün komitələrində müzakirə edilməlidir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) vitse-spikeri, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova  parlamentdə "Azərbaycan Respublikası Milli  Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun  layihəsinin müzakirəsi zamanı deyib. Onun szölərinə görə, müzakirələr zamanı təkliflər olub ki, qanun layihəsi parlament çoxluğu və azlığı ilə də müzakirə edilsin: "Amma mən  deputatların hamısının iştirakını təmin etmək üçün bütün parlament komitələrində qanun layihəsinin müzakirə edilməsini təklif edirəm. Qanun layihəsi komitələrdə mütləq müzakirə olunmalıdır və onların  sənədlə bağlı təkliflərini öyrənməliyik. Odur ki, bu müzakirə təmin olunmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR