Kollecin tələbələri premyeraya hazırlaşır

Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində ali təhsil və orta ixtisas məktəblərində dram dərnəklərinin yaradılması və fəaliyyətinə dəstək davam edir. Fonddan "Olaylar2 - a  bildirilib ki, Fond Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin 20 üzvü var və Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin "Yeyərsən qaz ətini, bilərsən ləzzətini" adlı əsəri əsasında tamaşa hazırlayır.

Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı məşqlərdə iştirak edib. Mayda premyerası gözlənilir.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR