“Xəzər diqalooqu, 2017” Beynəlxalq İqtisadi Forumu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Daxili siyasətin təhlili şöbəsinin elmi işçisi Elnarə Qəribova Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilən "Xəzər dialoqu, 2017" Beynəlxalq İqtisadi Forumunun 10-cu ildönümünə həsr olunmuş forumda iştirak edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, o, "Trans-Xəzər dəhlizi:Mərkəzi Asiyada nəqliyyat geosiyasəti - Enerji resurslarının ixracatı və əməkdaşlıq" adlı mühazirə ilə çıxış edib. Forumda Xəzəryanı ölkələrin davamlı elmi, texnoloji və iqtisadi inkişafı kontekstində beynəlxalq əməkdaşlıq, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər müzakirə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR