Müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsmanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin bütün kameralarına baxış keçirilmiş, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları vədigər hüquqların təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilmiş, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilərək dinləniliblər.

Qəbul edilən şəxslər MSY əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanan ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib. Başçəkmənin yekununda MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunub, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR