İpəkçilik üzrə xarici mütəxəssislər Şəkidə toplaşdılar

Şəkidə  xarici  ölkə nümayəndələrinin  iştirakı ilə Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının "İqlim dəyişiklikləri və kimyəvi reagentlər: İpəkçilikdə yeni axtarışlar" mövzusunda 8-ci beynəlxalq konfransı keçirilib.

AMEA - nın  Şəki Regional Elmi Mərkəzi və BACSA-nın təşkilatçılıq etdiyi konfransda 10 ölkədən tutçuluq, ipəkçilik və baramaçılıq üzrə 44 alim və mütəxəssis iştirak edib. Tədbirdə "Regionda ipəkçiliyin inkişaf perspektivləri", "İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri", "Azərbaycanda tutçuluğun və ipəkçiliyin inkişafına innovasiyalı yanaşma", "Bioloji aktiv maddə əlavələrinin tut ipəkqurdu məhsuldarlığına və baramanın keyfiyyətinə təsiri" və s.  kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, təcrübə mübadilələri müzakirə edilib. Tədbir iştirakçıları konfrans çərçivəsində Qax rayonu ərazisində yerləşən Qax barama zavodunda görülən işlər, həyata keçirilən layihələrlə yaxından tanış olublar. Sonra isə Zaqatala rayonu ərazisindəki tarixi və mədəni abidələri ziyarət ediblər. Şəki şəhərindəki "İpək ASC"in istehsalat sahələrinə baş çəkən qonaqlara bu şəhərdə tarix boyu ipəkçilik sahəsində yüksək nailiyyətlər əldə olunduğu haqda məlumat verildi. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR