Nardaranda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir

Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik evinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran qəsəbəsində "İslam Həmrəyliyi İli"nə həsr olunmuş tədbir keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, tədbirdə Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik evinin əməkdaşları, Nardaran sakinləri, ziyalılar iştirak ediblər. Tədbirin keçirildiyi 130 saylı Naradaran tam orta məktəbinin direktoru Ağasəyid Cəbrayılov qonaqları salamlayaraq "İslam Həmrəyliyi İli" çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu deyib. Nardaran ziyalılarının belə tədbirlərə həvəslə qatılması bir daha islamın birlik və barış dini olduğunu göstərir.   

Nardaranın tarixini və bu gününü əks etdirən slaydın nümayişindən sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək, ölkədə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunmasının əhəmiyyətini vurğulayıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov  "İslam dini və həmrəylik  məsələləri" mövzusunda məruzə ilə çıxış edib. Komitənin baş məsləhətçisi Orxan Maşayev "Nardaran və nardaranlılar kitabı - ensklopedik toplu" haqqında geniş məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR