Gəncədə Şah Abbas məscidində azan verilməməsinin səbəbi

Gəncənin Şah Abbas məscidində dünən axşam və bu gün azan verilməməsinin səbəbi açıqlanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Hacı Asif Əliyev  bildirib ki, buna səbəb azanın səsləndirildiyi qurğunun xarab olmasıdır.
 
Şöbə müdiri qeyd edib ki, dini icma tərəfindən həmin qurğu təmirə göndərilib və artıq bərpa olunub: "Səsgücləndirici qurğu sıradan çıxdığı üçün bu gün səhər və günorta namazlarında azan səsləndirilməyib. Heç bir problem yoxdur, bu gün axşamdan məsciddə azan veriləcək. Sadəcə, bəzi dindarlar bundan xəbərsiz olduqlarına görə narahatlıq keçirmişdilər, biz də onları məlumatlandırdıq". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR