Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Şəmkir rayonundakı "N" saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anma mərasimi keçirilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, polkovnik-leytenant Loğman Xanlarov Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib. Şınıx kənd camaatı adından çıxış edən İsmayıl Bayramov isə bildirib ki, Azərbaycanın Milli Qəhramanı İsgəndər Aznaurovun əziz xatirəsi ölümün caynağından xilas etdiyi şınıxlıların xatirələrində əbədi yaşayacaqdır.  Mərasimdə Azərbaycanın  Milli Qəhrəmanı, şəhid İsgəndər Aznaurova  həsr olunan  videoçarx nümayiş etdirilib.
Sonda Kür qəsəbəsinin Mədəniyyət Evinin kollektivinin və orta məktəb şagirdlərinin birgə hazırladıqları kompozisiya təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR