“Azərsu”-da Fransanın “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 19-da "Azərsu" ASC-də "Suez Environnement" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Orelya Buşes və Dünya Bankının nümayəndələri iştirak ediblər. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirib ki, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunur. "Azərsu" ASC-nin sədri Fransanın "Suez Environnement" şirkəti ilə geniş əməkdaşlıq edildiyini, kadr hazırlığı, təcrübə mübadiləsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb. Fransanın Azərbaycandakı səfiri Orelya Buşes iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. "Suez Environnement" şirkətinin layihə rəhbəri Kristian Monset Fransa İqtisadiyyat Nazirliyinin FASEP layihəsi üçün 700 min avro qrant ayırdığını bildirib. Bu layihə 2 hissəsən - su sızmalarının aşkarlanması və lildən enerjinin əldə olunmasından ibarətdir. FASEP çərçivəsində Bakı şəhərində içməli su itkilərinin azaldılmasına dair pilot layihə icra ediləcək. Eyni zamanda Hövsan Aerasiya Stansiyasında lildən enerjinin əldə olunması üçün metanlaşdırma qurğusunun texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Layihənin icrası 2018-ci ilin aprelində başa çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR