Bakı Şopinq Festivalının “Fashion Pavilion”-u açılıb

Bakı Şopinq Festivalının "Fashion Pavilion"-nu fəaliyyətə başlayıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Barkers-də yerləşən Fashion Pavilion-a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərsiniz. Fashion Pavilion istənilən tərzdə ekslüziv brendlərin tikiliş və satışını həyata keçirir və festival müddətində, həftənin 7 günü səhər saat 10-dan 21-dək yolunuzu gözləyir. Bütün nümayiş olunan mallar əl işi olmaqla bərabər yüksək keyfiyyət və müasir dəbə əsaslanır. Milli ruhda təkrarolunmaz məhsullardan hazırlanan mallar, istəyinizə uyğun olaraq, Sizin üçün hədiyyə qablaşdırmasında təqdim edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR