Fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətlərin əsas prinsipləridir

Azərbaycan dövləti hər zaman bu prinsiplərə sadiqdir

Günümüzdə Azərbaycan dövlətinin əsas diqqət yetirdiyi sahələrdən biri də mətbuat sahəsidir. Çünki mətbuat bir dövlətin, cəmiyyətin güzgüsüdür. Bu güzgü nə qədər təmiz, şəffaf olsa, oradan dövlətin siyasəti, onun demoktayaya, azad sözə verdiyi dəyər, qiymət bir o qədər açıq görünər. Elə bunun əsas götürən Azərbaycan dövləti də maksimum çalışır ki, ölkədə azad media tam sərbəst, müstəqil şəkildə fəaliyyət göstərsin. Yalnız günümüzdə deyil, on illər əvvəl də dövlətimiz bu siyasətə sadiqlik nümayiş etdirərək ölkədə söz, fikir, məlumat azadlığının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.

Azərbaycan mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətləri şərtləndirən əsas amillərdən biri bu sahəyə olan dövlət qayğısı, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardır.  Bu gün Azərbaycan mətbuatı hərtərəfli dövlət qayğısı ilə əhatələnib desək yanılmarıq.  Mətbuata dövlət qayğısının əsası hələ 90-cı illərin əvvəllərində  ümummiilli lider Heydər Əliyev tərəfindən qoyulub. Əgər ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurmuşdusa,  sonrakı illərdə həmin borclar dövlət başçısı İlham Əliyev tərəfindən ləğv edildi.

Sevindirici hal ondan ibarət idi ki, dövlət yalnız atmış olduğu bu addımlarla kifayətlənmir, mətbuatın durumun müasir tələblərə uyğun qurulması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də çalışırdı. Bu məqsədlə xarici təcrübə öyrənilir, kütləvi informasiya vasitələrinin üzləşdiyi ağır iqtisadi vəziyyətin həlli yolları araşdırılırdı. Bu mənada Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu sərəncam sanki kütləvi infomasiya vasitələri, onların nomal şərtlər altında fəaliyyət göstərməsi üçün bir həyat mıənbəyi rolunu oynayırdı.  Dövlət başçısının məlum konsepsiyasının təsdiq edilməsindən bir il sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratması da məhz mətbuatın inkişafına yönəlik addımlardan, tədbirlərdən idi.

Həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını möhkəmləndirir, onların cəmiyyətdəki yeri və rolunu artırırdı. Artıq qəzet və jurnallar Nəşriyyata külli miqdarda borclu qalmaq və nəşrinin dayandırılması təhlükəsi ilə üzləşmirdi. Təbii ki, Azərbaycan dövlətinin media ilə iş sahəsində atmış olduğu nümunəvi addım Azərbaycandan kənarda da ciddi maraqla qarşılanır və təqdir edilirdi. Birmənalı olaraq gəlinən qənaət isə ondan ibarət idi ki, bütün bu görülən işlər, həyata keçirilən tədbirlər, mətbuata göstərilən dövlət qayğısı yalnız bir məqsədə, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin bərqərar olması, bu prinsiplərin daha da inkişaf etdirilməsinə xidmət edir. Elə Azərbaycan Prezidentinin ölkədə kütləvi informasiya vasitələri sahəsində fəaliyyət göstərən media təmsilçilərinin mənzil-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı məılum addım da bunlardan biri idi. Məlum olduğu kimi 2013-cü ildə istifadəyə verilən həmin çoxmərtəbəli yaşayış binası kütləvi informasiya vasitələrinin nümayəndələrinə heç bir maddi məbləğ ödəmədən, qarşılıqsız olaraq verildi. Yaşayış binasının istifadəyə verilməsi mərasimində dövlət başçısının bilavasitə iştirakı da Azərbaycan dövləti və onun prezidentinin ölkədə azad söz, fikir, məlumat azadlığı, ümumilikdə medianın inkişafına verdiyi dəyər, qiymətin göstəricisi idi. Bu arada bir məqamə da xüsusi qeyd etmək lazımdır ki, sözügedən yaşayış binasının istifadəyə verilməsi və mənzillərin paylanması zamanı bütün parametrlər nəzər alınmış, hətta hakimiyyəti ən ciddi şəkildə, bir çox hallarda isə qərəzli, şantaj və böhtan üzərində tənqid hədəfinə çevirən kütləvi informasiya vasitələrinin nümayəndələri belə dövlətin, onun prezidentinin bu qayğısından yararlanmışdı. Bu isə öz-özlüyündə Azərbaycanda plüralizmin, azad düşüncə, fikir azadlığının mövcud olduğunun, ona heç bir məhdudiyyətlər tətbiq edilmədiyinin əyani sübutu idi.

Azərbaycanda mətbuat sahəsində müstəqil fikrin, azad düşüncənin, plüralizmin mövcud olması, ona yüksək dəyər verilməsinin digər bir göstəricisi isə Azərbaycan Respublikası Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun kütləvi informasiya vasitələrin arasında elan etdiyi layihələrini maliyyələşdirilməsi zamanı müxalifət mətbuatının da maliyyələşmədən kənar qalmamasıdır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin Inkişafina Dövlət Dəstəyi Fondunun maliyyəlşdirdiyi  qəzetlərin, media qurumlarının  hamısı məhz müstəqil media və müxalifət mətbuatıdır. Dövlət qəzetləri bu maliyyələşmədən kənar tutulur ki, bu amil də Azərbaycan dövlətinin kütləvi informasiya vasitələrinin  inkişafına nə qədər önəm verdiyini ortaya qoyur.  Bu həm də onu sübut edir ki, Azərbaycan dövləti müstəqil medianın, KİV-in inkişaf etdirilməsinə ciddi şəkildə maraqlıdır və davamlı olaraq buna yönəlik addımlar atır. Yuxarıda qeyd etdiyimi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bunun bariz nümunəsidir.

Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin mövcud olduğunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq, ortaya qoymaq olar. Məsələn, hazırda 10 milyona yaxın əhalisi olan Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Bununla paralel olaraq ölkədə onlarla televiziya kanalı, elektron portal, xəər saytı,  informasiya agentlikləri mövcuddur. Yuxarıda qeyd etdiyimiz kimi təkcə bu  fakt Azərbaycanda müstəqil medianın normal qaydada, heç bir məhdudiyyət, təzyiq və təpki olmadan fəaliyyət göstərdiyini təsdiq edir. Bütün bunlar onu deməyə əsas verir ki, günümüzdə Azərbaycanda söz və ifadə azadlığı, plüralizm də yüksək səviyyədə təmin olunur. İstənilən şəxs media orqanı təsis edə, təsis etdiyi media vasitəsində öz fikrini, siyasi görüşünü sərbəst, azad  düşüncəsini heç bir məhdudiyyətlə üzləşmədən cəmiyyətə, tərəfdarlarına çatdıra, yaya, onu ictimailəşdirə  bilir.  Bu amil də öz-özlyündə Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin təmin olunduğunun bariz nümunəsidir və onu  əyani şəkildə sübuta yetirir.

Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan dövləti gözəl bilir ki,fikir, söz və məlumat, azadlığı, plüralizmin inkişaf etdirilməsi hər bir demokratik cəmiyyətə xas xüsusiyyətdir. Bu bi9r danılmaz faktdır ki,  bir qayda olaraq demokratik ölkələrdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunur. Azərbaycan da demokratik bir ölkə olduğu üçün bu prinsiplərə hər zaman sadiqdir, onun inkişaf etdirilməsində maraqlıdır və qeyd edilən amilləri tətbiq edə bilib. Bu gün ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmə yüksək dəyər verən Azərbaycan hakimiyyəti hər zaman bunu prioritet hesab etdiyi kimi, bundan sonra qeyd edilən prinsiplərə sadiqlik nümayiş etdirəcək.  Bir sözlə Azərbaycan hakimiyyəti gələcəkdə də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi başlıca vəzifə hesab ediləcək. Çünki günümüzdə qeyd edilən istiqamətdə atılan addımlar, görülən işlər buna heç bir şübhə yaratmır.  Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prszidenti Cənab İlham Əliyev də 2013-cü il, iyulun 22-də, Milli Mətbuat Günü jurnalistlər üçün tikilmiş binanən açılış mərasimindı çıxışı zamanı bu məqama diqqət çəkərək deyib: "Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev  tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır. İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR