3 ayda 2269 təbii və texnogen mənşəli hadisə baş verib

31 nəfər həlak olub

2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib. "Olaylar"  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin  analoji dövrü ilə müqayisədə 625 hadisə və ya  38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106  nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilib, 376 nəfər təxliyə olunub.Rəsmi məlumata görə, 2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə  operativ olaraq 2204  çıxış edilib. Onlardan:

çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar - 621 çıxış;

açıq sahələrdə yanğınlar - 996 çıxış;

nəqliyyat vasitələrində yanğınlar - 73 çıxış;

meşə və meşə talalarında yanğınlar  - 1 çıxış;

digər yanğınlar - 513 çıxış təşkil edib.

Həmçinin, yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü  ilə müqayisədə yanğından həlak olanlar  üzrə 7 nəfər və ya 41%,  xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353  nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.Bu müddətdə respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur.Partlayışlar zamanı 7 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR