Nərgiz Paşayeva Qızıl medala layiq görüldü

AMEA - nın Rəyasət Heyətinin iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri açıqlanıb. Akademiyadan "Olaylar" - a bildirilib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu bildirib.

Müsabiqənin nəticələrinə görə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə isə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland Qızıl medala layiq görülüblər.
Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və  hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR