ADU-da qadınlara həsr olunan məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

Aprelin 19-da Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADU-nun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda keçiriləcək məqalə müsabiqəsi haqqında tələbələri məlumatlandırmaq məqsədi ilə tədbir keçirilib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev tədbirin məqsədindən danışıb və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Komitənin qadın hüquqları ilə bağlı məqalə müsabiqəsi keçirdiyini bildirən Ə.Əliyev tələbələrə layihənin iştirakçısı olmağı tövsiyə edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva, YAP Mərkəzi Aparatının əməkdaşı Zəkiyyə Musayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender məsələləri üzrə aparıcı məsləhətçisi Sahibə Fərəcova Azərbaycan cəmiyyətində qadınların müsbət rolundan, onların zaman keçdikcə möhkəmlənən mövqeyindən və qadın hüquqlarından, gender siyasətinin prioritet məsələlərdən biri olmasından danışıb, müxtəlif sahələrdə qadınların fəaliyyətinin dəstəklənməsini dövlət qayğısının göstəricisi kimi qiymətləndiriblər. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, onun əsas vəzifələri, eyni zamanda qurumun elan etdiyi  məqalə müsabiqəsinin şərtləri haqqında geniş məlumat verilib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR