AMEA – da müsabiqə

"Azərbaycan Milli Elmlər Akademiyasının professoru" elmi adını almaq üçün müsabiqə keçiriləcək. Akademiyadan "Olaylar" - a bildirilib ki, bu barədə qərar aprelin 19-da AMEA Rəyasət Heyətinin növbəti iclasında verilib. Müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə biləcəklər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR