Şərqşünaslıq İstitutunda elmi konfrans

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu aprelin 19-da "Azərbaycanda İslam həmrəyliyi ili - birlik və inkişaf naminə sülhməramlı missiya" mövzusunda elmi konfrans keçirib. Konfransda bir sıra Şərq ölkələrinin səfirləri də iştirak edirdi. Akademiyadan "Olaylar" - a bildirilib ki, konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva "İslam həmrəyliyi ili" elan edilməsini islami dəyərlərin və bütövlükdə müsəlman aləminin böyük təəssübkeşi Prezident İlham Əliyev tərəfindən zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi bir qərar kimi dəyərləndirdi.
Konfransda AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova , AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, İordaniyanın Azərbaycandakı səfirinin müavini Saad Ğazal, İran İslam Respublikasının Azərbaycandakı səfirinin müavini Həsən Qoli çıxış edərək, İslam dünyasında həmrəyliyin yaradılmasında Azərbaycan dövlətinin rolunu vurğuladılar və Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransı da bu sahədə görülən işlərin elmi cəhətdən dəyərləndirilməsində mühüm addım kimi qiymətləndirdilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR