AMEA–nın Rəyasət Heyətinin növbəti iclası

Aprelin 19-da AMEA - nın Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsi məsələsi müzakirə olunub. Akademiyadan "Olaylar" - a bildirilib ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə yığıncaqların gündəliyindəki məsələlər haqqında məlumat verib. Rəyasət Heyəti AMEA-nın Ümumi yığıncaqlarının bu ilin 28 aprel və 2 may tarixlərində keçirilməsi və gündəliklərinin təsdiq olunması haqqında qərar qəbul edib.
İclasda həmçinin Ümumi yığıncaqların müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması, seçkilərin keçirilməsindən irəli gələn məsələlərin həllinin təmin edilməsi, tədbirlə əlaqədar sərginin təşkili və digər məsələlərlə bağlı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR