Elekton sınaq imtahanları keçiriləcək

Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək. "OLAYLAR"-ın Təhsil Nazirlyinə istinadən verdiyi xəbərə görə, direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanları Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində kompüter vasitəsilə keçiriləcək. Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR