“Vətən həsrətli mühacir şair” adlı tədbir keçirilib

Aprelin 19-da Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın mühacir şairi Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş "Vətən həsrətli mühacir şair" adlı tədbir keçirilib. Baş İdarədən "Olaylar" - a bildirilib ki, tədbirdə Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı Sücayət Piriyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oqtay Rza, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-publisist Nəcibə İlkin, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, ictimai xadim, şair Elxan Rəsuloğlu, Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva qonaqları və tədbir iştirakçılarını salamlayıb. Almas İldırımın ömür yolundan və yaradıcılığından danışan çıxışçılar bidiriblər ki, azadlıq və Vətən eşqi ilə yazıb-yaradan şair çətin, lakin şərəfli həyat yolu keçmişdi. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR