Azneft İstehsalat Birliyində “İslam Həmrəyliyi İli” ilə əlaqədar görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və SOCAR-ın birgə təşkilatçılığı, "Azneft" İstehsalat Birliyi və Nəqliyyat idarəsinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, SOCAR-ın vitse-prezidentinin müşaviri Aydın Bədəlov, SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri Aydın Bədəlov ölkəmizin multikultural dəyərlərə və tolerant ənənələrə malik olduğunu, bu dəyərlərin dünya üçün nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğını vurğulayaraq ölkəmizdə dini tolerantlığın qorunmasının əhəmiyyətindən danışıb. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirən Səyavuş Heydərov Azərbaycanın bununla dünyaya sülh, birlik və qardaşlıq mesajı verdiyini qeyd edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR