Xaricə qanunsuz valyuta çıxaranlar məsuliyyətə cəlb olunacaq

Artıq bu istiqamətdə araşdırmalara başlanıb

Qanunsuz yollarla ölkədən valyuta çıxaranlar və xarici banklarda vəsait yatıran şəxslər cəzalandırılacaq. "Olaylar"a daxil olan məlumata görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb. Mənbənin verdiyi məlumata görə, artıq belə faktlar var və həmin şəxslərin sırasında sahibkarlardan tutmuş məmurlara qədər Azərbaycan vətəndaşlarının adları keçir. O da bildirilir ki, bəzi şəxslər ölkədən qanunvericilikdə nəzərdə tutulan həddən artıq valyutanın  çıxarılması  qadağan olunduğundan yatırımın əmttə formasında xaricə daşınmasını təmin ediblər. Daha doğrusu, xarici ölkələrə idxal edilən mal və materialdan əldə olunan gəlirlər elə oradaca banklara yatırılıb.  İndi həmin vəsaitlərin geri qaytarılması istiqamətində fəaliyyətə keçilib. Xatırladaq ki,  Prezident İlham Əliyev Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyd etmişdi ki, xaricə göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz: "Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Əgər hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR