Sürücülərin yol verdikləri qanun pozuntusuna görə sahibkarlar məsuliyyət daşıyacaq

Azərbaycanda sərnişin daşıma və taksi fəaliyyəti sahəsində ciddi islahatların aparılmasına baxmayaraq hələ də bu sektordakı neqativ halları tamamilə aradan qaldırmaq mümkün olmayıb.  Xüsusən, ictimai nəqliyyatda hökm sürən vəziyyət sərnişinlərin ciddi etirazı ilə qarşılanır. Nəzərə alaq ki, Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərlə əlaqədar ölkənin ictimai nəqliyyatında qayda-qanun yaradılması zərurəi  meydana çıxır. "Olaylar"a daxil olan məlumata görə, ölkədə sərnişindaşıma fəaliyyətindəki neqativ halların aradan qaldırılması məqsədilə bu sahəni tənzimləyən qanunvericilik aktlarında dəyişikliyin edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən ictimai nəqliyyat və taksi fəaliyyətində sürücülərin yol verdikləri qanun pozuntusuna görə məsuliyyəti onların təmsil etdikləri şirkətlərin rəhbərləri daşıyacaq. Nəzərdə tutulan  dəyişikliyin fəlsəfəsi sahibkarların rəhbərlik etdikləri sərnişindaşıma nəqliyyatında  nizam-intizam yaratmaqdan ibarətdir.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR