KİV-də cinayətin subyektlərinin qəhrəman obrazda verilməsi...

Şəmsəddin Əliyev: "Cinayətkar dünya"nın təbliğinə və təşviqinə yönəlir"

Ölkədə fəaliyyət göstətən media orqanlarında kriminal xəbərlərin verilməsi adi hal alıb. Əslində  bunun kütləvi informasiya vasitələri üçün xəbər materialı olduğu hamıya bəllidir. Ancaq, belə xəbərlərin cəmiyyətə təsiri və cinayətkarlığa qarşı mübarizədə effekti nədən ibarət olması heç kimi düşündürmür. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev qeyd edib ki,  bəzən KİV-də cinayətin subyektlərinin qəhrəman obrazında verilməsi, eyni mövzuya təkrar-təkrar qayıtması halları əhali arasında ikrah hissi yaradır, onların keçmiş hərəkətləri dolayı yolla sanki mükafatlandırılır. Penitensiar xidmət müəssisələrində yayımlanan verilişlər bir tərəfdən çəkindirici ovqat yaradırsa, digər tərəfdən "cinayətkar dünyanın" təbliğinə və təşviqinə yönəlir. Ona gərə də bu məsələlərdə  korrektlərə ehtiyac var. Cinayətkarların hüquqa zidd əməllərinin qurbanına çevrilənlər, quldurluğa, soyğunçuluğa və zorlamaya məruz qalan - zərərçəkənlər belə verilişlərə nifrət hissi ilə baxırlar. Yaxşı olardı ki, öncədən dərdləri ilə baş-başa qalan zərərçəkənlərin həyatlarına heç olmazsa eksklüziv yanaşılsın. Məsələyə birtərəfli yanaşmaq əks "rezonans" doğurur. Onun sözlərinə görə, ictimaiyyətin cinayətkarlığın qarşısının alınması tədbirlərinə cəlb olunması və bu mühüm fəaliyyətdə iştirakı arzu olunan məsələdir. Ölkə prezidentinin 02 mart 2016-cı ildə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" imzaladığı fərman qeyd edilənlərin rəsmiləşdirilməsinin əyani sübutudur: "Cəmiyyəti "İctimai canlı orqanizmə bənzətsək" cinayətkarlıq cəmiyyətin səhhətində öncədən görünməyən latent xəstəlikdir. Vaxtında qarşısı alınmazsa onunla mübarizə çətinləşəcək. Ona görə də, profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra isə xəbərdarlığın əhəmiyyətinə ehtiyac qalmır. Sadəcə subyektlərin cinayət qanunvericiliyi ilə təqib olunması ətraf üçün "xof" yarada bilər".

Onun bildirdiyinə görə, bu gün cinayətkarlığın miqyasının genişlənməsi dünyanın bütün ölkələrini, bəşəriyyəti və BMT-ni də narahat etməyə başlamışdır. Hələ 1973-cü ildə BMT-nin baş katibi K.Valdhaym cinayətkarlıqla mübarizə və onun xəbərdarlığı məsələləri üzrə komitəyə bu problemin həlli üçün "cinayətkarlığın ümümi xəbərdarlığı" strategiyasını göndərmişdi. Strategiyanın əsas məqsədi müəyyən təkliflərin, habelə problemin həllinə zəruri vasitələrin hazırlanmasından və həyata keçirilməsindən ibarət idi. Lakin bu günə kimi belə strategiya işlənib hazırlanmamışdır: "Cinayətkarlığın xəbərdarlığının metodoloji problemlərindən biri hələ də bəzi alimlərin hüquqpozmanın sosial və yaxud bioloji hadisənin olub - olmaması sualına birmənalı cavabın tapılmamasıdır. Mübahisə 100 ildən çoxdur ki, davam edir. Antropologiya məktəbinin nümayəndələri hesab edirdilər ki, cinayət hüququnda və kriminologiyada cinayətkarlıq - psixoloji və fizioloji qanunlara tabe olan bioloji haldır. İtalyalı məhkəmə psixatrı və antropoloq Ç.Lombrozo və onun davamçısı İtalyalı kriminalist E.Ferri antropoloji məktəbin mülahizələrinin müdafiəsi tərəfində dururdular. Lombrozoya görə elə adamlar var ki, stiqmatik əlamətlərə malikdirlər, anadangəlmə cinayətkar doğulurlar. Belələri cinayət törətməkdə maraqlıdırlar, daha doğrusu potensial cinayətkardırlar. Onlarda bu əlamətləri təstiqləyən ən azı beş cəhət vardır. Belə cəhətlər cinayət törədənlərin 31%-nə xasdır. Lombrozo təkidlə qeyd edirdi ki, "cinayətkar kimi doğulanlar cinayət törədirlər və yaxud, cinayəti törədənlər cinayətkar kimi doğulanlardır". Bu nəzəriyyə tədricən antihumanist, irqçilik əhvalı yaradırdı və cinayət törətməyənlərə qarşı məcburi, preventiv tədbirlərin görülməsinə haqq qazandırırdı. Antropoloji məktəbin nəzəriyyəsinə qarşı çıxan, onu rədd edən, diğər tərəf isə cinayətkarlığın sosial təbiəti haqda təlimin tərəfdarları idi. Bu təlimin tərəfdarları cinayətkarlığı birmənalı olaraq sosial hadisə ilə bağlayırdılar. Onun kökünü isə insanların təbiətində yox, iqtisadi, siyasi və insanların həyat fəaliyyətinin sosial şəraitində axtarmağı məsləhət görürdülər. Cinayətkarlıq cəmiyyətin əlavə məhsuludur-mülahizəsinə üstünlük verirdilər. Bir sözlə insan həyatı üçüntəhlükələr, əmlak ziyanı, istehsalatda özbaşınalıq, ictimai qaydanın pozulması, dövlət idarəçiliyinin zəifləməsi və s. pul ilə ölçüldüyündən böyük məbləğin itirilməsi deməkdir. Son nəticədə isə ictimai inkişafa və cəmiyyətin sosial təhlükəsizliyinə ciddi zərərvurulur". Ş.Əliyev qeyd edib ki, tədris vəsaiti kimi qəbul olunan kriminalogiya elminə görə cinayətkarlıq cəmiyyətin sosial çatışmazlığının məhsuludur. O norma deyil, lakin qanunauyğun haldır, müəyyən ictimai şəraitdə ərsəyə gəlir. Ona görə də, mübarizəni heç vaxt konkret cinayətlərə və cəzanın tətbiqinə görə məhdudlaşdırmaq olmaz: "Belə nəticəyə gəlmək olar ki, əgər cinayətkatlığın meydana gəlməsində sosial faktorlar mühüm rol oynayırsa, onunla mübarizə sistemi də, ilk öncə sosial sistemdə aparılmalıdır. Əgər, yuxarıda qeyd etdiyim ideyalara rəğmən bu insanların biologiyası ilə bağlıdırsa, onun qarşısını almaq üçün cinayətkarlara təsir vasitəsi kimi tibbi metodları kəşf etməyə, genetik nəzarətə ehtiyac yaranardı. Zənnimcə cinayətkarlığın səbəblərini təkcə sosial faktorlarla əlaqələndirmək də düzgün olmazdı. Və yaxud, belə yanaşılarsa hüquqpozmanın subyektininhüquqa zidd əməlindən ayrılması məsələsi öyrənilməlidir. Hüquqpozmanın səbəbləri ehtimallara söykənərsə sxolastik hal yaşanır.Zahirən müasir yanaşma hüquqa zidd əməlin törədilməsi, sosial-biolioji hadisənin olduğu qənaətini tanıyır. Lakin törədilən əməl sosialvə bioloji xarakterli faktorla bağlı olsa da, sosial faktorlar həlledici rola malikdir. Cinayətlərin xəbərdarlığı geniş anlamda kriminoloji kateqoriyaya aid olur. Dar mənada isə cinayətkarlığın xəbərdarlığı özündə cinayətlərin səbəb və şəraitini aşkar etmək fəaliyyətinə səmtləndiyindən, onun baş verməsi yolları bloklanmalı, insanların hüquqa zidd davranışlarının aradan qaldırılmasına və zərərsizləşdirməsinə diqqət yetirilməlidir. Nə qədər ki, cinayətkarlıq cəmiyyətin məhsuludur (əlavə məhsulu), obyektiv ziddiyyətlərin nəticəsi olaraq meydana çıxır, onun tam ləğvinə, səbəb və şəraitin tam aradan qalxmasına yönələn ideyalar real deyil. Cəmiyyət və dövlət cinayətkarlığın qaçılmaz sosial bəla olması faktı ilə barışmağa məhkumdurlar.Son olaraq, Azərbaycan Respublikasının Prezidentinin 02 mart 2016-cı il tarixli fərmanı ictimai əsayişin qorunmasında vətəndaşların iştirakını, cəmiyyətin polisə dəstəyini bir növ konstitusion vəzifəyə çevirir. Mahiyyət etibarı ilə məntiqlidir. Əgər təhlükəsiz bir cəmiyyətdə yaşayırıqsa və yaşamaq istəyiriksəbizim də, bu missiyada xidmətimiz və iştirakımız olmalıdır. Niyə də olmasın?"

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR