Fitnə toxumu səpənlərə imkan verilməməlidir

Hacı Ceyhun Şükürov: "Bu qarmaqarışıq hallarda yeganə çıxış yolu dinin əsaslarına sarılmaq, heç bir qrupa, heç bir icmaya dərindən bağlanmamaqdır"

Son vaxtlar ölkədə dini zəmində qarşıdurma yaratmağa yönəlik cəhdlərə əl atılmaqdadır. Uzun illər siyasi sahədə Azərbaycanda gərginlik yaratmaq, bununla ölkəni idarəolunmaz vəziyyətə gətirmək, nəticə etibarilə Cənubi Qafqazın sabitlik məkanı kimi tanınan dövlətimizi ərəb baharının yaşandığı və dərin böhranın hökm sürdüyü ölkələrdən birinə çevirmək istəyən xarici dairələr indi də din pərdəsi altında buna nail olmaq istəyirlər. Yuxarıda da qeyd etdiyimiz kimi son vaxtlar ölkədə cərəyan edən proseslər də məhz buna hesablanıb. Bir müddət əvvəl Milli Şura adlanan qurumun aksiyasına bir qrup dindarın cəlb edilməsi, bunun ardınca paytaxtın Sovetski ərazisində "Hacı Cavad" məscidi ətrafında gedən söhbətlər onu deməyə əsas verir ki, məlum qüvvələr sözün həqiqi mənasında Azərbaycana qarşı aktiv fəaliyyətə keçiblər. Proseslərin indi baş verməsi də təsadüfi deyil. Məlum olduğu kimi Azərbaycan mühüm bir tədbirə, İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Ona görə də məlum şəbəkə elə din, İslam amilindən istifadə edərək Azərbaycana zərbə vurmağa çalışır. Artıq bu mənfi tendensiya bütün istiqamətlərdə özünü açıq şəkildə büruzə verməkdədir. Belə ki, sosial şəbəkələrdə, müıyyən dini portal və saytlarda, yazılı mediada əsassız olaraq Azərbaycanda dini azadlıqların kobud şəkildə pozulduğu iddia edilir. Bildirilir ki, guya ölkədı inanclı insanlara qarşı təzyiq və təqiblər var. Digər bir mənfi tendensiya Azərbaycanın; onun öndə gedən din adamlarının, dini qurum və təşkilatlarının digər ölkələrin müvafiq strukturları və fərdləri ilə müqayisə edilib ölkəmiz, onun qeyd edilən sahə və fərdləri ilə bağlı mənfi rəyin formalaşdırılmasıdır. Heç şübhəsiz ki, bütün bunlar yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycana qarşı hazırlanmış ssenarinin tərkib hissələrindən biridir. Təqdirəlayiq hal ondan ibarətdir ki, Azərbaycana qarşı müşahidə edilən bu qeyri-sağlam münasibət əsl inanclı, dindən hansısa məqsədlər üçün istifadə etməyi qəbuledilməz sayan şəxslər tərəfindən dəstəklənmir. Elə ilahiyyatçı Hacı Ceyhun Şükürov da bu qənaətdədir. O, bildirib ki, dini məsələlərdə gündəmi işğal edən bu günkü dindarların etiqadi məzhəb ilə fikhi məzhəbləri fikhi məsələləri bir-birinə qarışdırmalarıdır: "Çox təəssüflər olsun ki, dini sahədə maarifsizliyin müşahidə edildiyi Azərbaycanda bütün etiqadi və fikhi məzhəblərin nümayəndələri olduğu kimi həm də bütün məzhəblərin daxilində olan bir-biri ilə ixtilaf edən alimlərin də tərəfdarları çoxalmaqdadır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu acınacaqlı vəziyyətdə dinin təməl əsaslarına görə davranmaq vacib olduğu halda, bu ixtilaf sahibləri dinin əsaslarından öz məqsədləri üçün istifadə edərək başqa məzhəblərin nümayəndələrini ya bidətdə və ya azmışlıqda ittiham edirlər". Ceyhun Şükürovun sözlərinə görə, bu hal heç də dinin bizdən tələb etdiyi əsaslarla üst-üstə düşmür. Onun qənaətincə, öz məzhəbini, təriqətini, mənhəcini, şeyxini və öz ideyalarını başqalarından üstün görən və onlara müxalif olanları təhqir etmək heç bir islami dəyərlərə müvafiq deyil: "Bu günlərdə istər Azərbaycanda, istərsə də digər müsəlman ölkələrində bu halın geniş vüsət alması İslam düşmənlərinin hiyləgər oyunlarının - dünya mənfətinə susamış, imkan düşdükcə müsəlmanları azdırmağa daha həvəsli olan "alimciklərin"dən məharətlə istifadə etmələrinə görədir. Şöhrətə susamış, başqalarının hər bir halda ondan önə keçməsini həzm edə bilməyən digər şeyxlər isə özlərinə sərf edəni, onlara yaxın olanı, onların görüşlərinə müxalifət etməyəni dinə kökündən sarsıdıcı zərbələr endirsə belə heç bir halda tənqid etmirlər. Bu qarmaqarışıq hallarda yeganə çıxış yolu dinin əsaslarına sarılmaq, Allahın və Peyğəmbərinin buyruqlarını yerinə yetirmək və qadağanlarından çəkinərək heç bir qrupa, heç bir icmaya dərindən bağlanmamaqdır. Bu fitnə zamanında yalnız özünü və yaxınlarını bu bəladan xilas etmənin yoluna baxılmalıdır . Müttəqi, mühəqqiq Rəbbani alimlərin üzərinə düşən fitnə bataqlığına yuvarlanan bu ümməti Allaha və Peyğəmbərinin yoluna qaytarmaqla məşğul olmaqla yanaşı, fitnə yayanların, fitnə toxumu səpənlərin ümmətin başına hörümçək toru hörən bu canilərin əl-qol atmalarına imkan verməmələridir. Allah həqiqətən onun "ipindən" yapışmaq istəyənlərin yardımcısı olsun! Allah bu ümməti fitnələr ümmanına sürükləyən "alimlərdən" qorusun. Allah bizləri özünün razı qalacağı, ümməti fitnə bataqlığından çıxardacaq alimlərin ardınca gedənlərdən etsin".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR