Coğrafiya İnstitutu: İqlim dəyişikləri Xəzər dənizinə mənfi təsir göstərib

Son illər müşahidə edilən iqlim dəyişmələri Xəzər dənizinin hidrometeoroloji şəraitinə mənfi təsirini göstərib. Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev  bildirib ki, iqlim dəyişmələri nəticəsində son 50 ildə Xəzər dənizinin temperaturu, yağıntıları, səthi, duzluluğunda müəyyən dəyişikliklər olub.

Onun sözlərinə görə, institut 1961-2010-ci illər üzrə qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hidrometeoroloji şəraitə təsirinə dair təhlillər aparıb: "Təhlillər göstərib ki, 1991-2010-cu illər üzrə Xəzərdə havanın temperaturu 1961-1990-cı illərin temperaturundan çox olub. Xəzərdə orta aylıq temperaturlar 4,8 - 25,4 dərəcə C (selsi) aralığında dəyişib. Orta çoxillik temperatur 14,7 dərəcəyə bərabər olub ki, bu da normadan 0,5 dərəcə çoxdur. Artımlar əsasən yaz, yay və payız fəsillərində müşahidə edilib. Qış fəslində temperatur artımı olmayıb və Xəzər orta temperaturunu saxlayıb. Xəzər dənizi iqlim dəyişmələrinin indikatorudur və hansısa enib-qalxma baş verərsə, iqlimlə bağlıdır".

Z. Allahverdiyev əlavə edib ki, Xəzərdə havanın temperaturunda atım olsa da, yağıntıda hiss edilməyəcək qədər azalma var. 1962-1990-cı illərdə yağıntının orta norması 325 millimetr olub. Amma 1991-2009-cu ildə bu göstərici 323 millimetr təşkil edib.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR