Narkoloji Mərkəzdə 29448 nəfər qeydiyyatdadır

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb. 2017-ci ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçib. Onlardan 403 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 252 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb. Həmçinin, car ilin 3 ayı ərzində 833 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 308 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları", 519 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicəyə qəbul edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR