Bu ilin 3 ayında narkotiklərlə bağlı 910 fakt aşkarlanıb

Cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Hesabat dövründə cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib ki, , onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarıdır. Onlardan 9-u qadınlar olub. ,7 nəfəri isə xarici ölkə vətəndaşları təşkil edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR