Akif Əlizadə İqor Titovla görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi" Muxtar Qeyri-KommersiyaTəşkilatının baş direktoru İqor Titovla görüşüb.
Akademiyadan "Olaylar" - a bildirlib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkını ziyarət etdiyini deyən İqor Titov "YT Park"ın maddi-texniki bazası və elmin kommersiyalaşdırılması istiqamətində innovativ layihələri ilə tanış olduğunu bildirib. 
Akademik Akif Əlizadə görüşdə AMEA ilə "Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi" MQKT arasında yeni əlqələrin elmi-innovasiya potensialı sahəsində gələcək əməkdaşlıq perspektivləri üçün böyük zəmin yaradacağına əminliyini bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və "YT Park"ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR