Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış”

20 -22 aprel  tarixlərində Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, STAR-NET -Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə və Roma Sapienza Universitetinin birgə  təşkilatçılığı ilə Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış" adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Universitetdən "Olaylar" - a bildirilib ki, konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan  və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri də iştirak edəcək.

Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Bioloji və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində çıxışlarla yanaşı stend məruzələr də keçiriləcək. Konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr "Bakı Dövlət Universitetinin xəbərləri" və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması barədə müzakirələr aparılıb və ilkin razılaşma əldə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR