Miqrasiya Xidmətinin rəisi Nyu-Yorka səfər edib

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatının Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində Nyu-Yorka səfər edib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd "2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi" mövzusunda Nyu-York şəhərində keçirilən tədbirdə iştirak etməkdir. Miqrasiya üzrə Beynəlxalq Dialoq çərçivəsində hazırda keçirilən ilk tədbirdə miqrasiya sahəsində beynəlxalq idarəetmə və əməkdaşlığın müzakirə olunması nəzərdə tutulub. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edəcək,

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

DİGƏR XƏBƏRLƏR