SOCAR-da ASAN könüllülərlə görüş keçirilib

İnsan Resursları Departamentində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi "ASAN school" Master-2 layihəsi çərçivəsində SOCAR-da təcrübə keçəcək könüllülərlə görüş keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, departamentin rəisi Asif Bəkirli deyib ki, şirkətdə istehsalat təcrübəsi keçmək üçün yaradılan şərait könüllülər üçün bir fürsətdir. Qeyd olunub ki, ödənişsiz istehsalat təcrübəsi keçən könüllülər gələcəkdə SOCAR-ın vakansiyalarına müraciət edə bilərlər. Qeyd edək ki, SOCAR və ASAN xidmət arasında 2016-cı ilin oktyabrında bağlanmış Sazişə görə mütəmadi olaraq ASAN könüllülərinin şirkətdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulub. Cari ildə ASAN könüllüləri arasından SOCAR-da təcrübə keçmək üçün müraciət edən 75 nəfərdən 59-u ilkin seçim meyarlarına uyğun gəlib, onlardan 41 nəfəri test imtahanında uğur qazanıb. Müsahibə mərhələsində iştirak edən 38 nəfərdən 28 nəfəri SOCAR-da istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR