“Azərsu” fərqlənmə sertifikatı alıb

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 356 laboratoriyanın iştirak etdiyi səriştəlilik testi proqramında Mərkəzi Laboratoriyada tullantı sularında aparılan mikrobioloji analizləri 100 faiz nəticə toplayaraq fərqlənmə sertifikatı ilə təltif olunub. Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün, kadrların peşəkarlığının göstəricisidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR