“Sağlam Təhsil - Sağlam Millət” adlı elmi-praktiki konfrans

Aprelin 19 - da Tibb Universitetində "Sağlam Təhsil - Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirildi. Nazirlikdən "Olaylar" - a bildirilib ki,  konfransda iştirak edən Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, professor V. Kuçmanın çıxışları geniş marağa səbəb oldu.

Tədbirdə iştirak edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bir necə səlahiyyətli nümayəndəsi "Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və sağlam həyat tərzinin formalaşmasının işlək modeli olan "Sağlamlığı təşviq edən Məktəblər" şəbəkəsi" haqqında, "Bütöv məktəb yanaşması olan "Sağlamlığı təşviq edən Məktəblər", sistemli şəkildə bütün məktəbli uşaqların və məktəbdə işləyən müəllim və qeyri-müəllim əməkdaşların rifahı və sağlamlığına yönəlmiş tədbirlər həyata keçirildiyi haqda məruzə ilə çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR