Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 21-də Lənkəranda vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Lənkəran şəhəri Mədəniyyət Mərkəzində keçiriləcək qəbulda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR