“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu yekunlaşdı

Aprelin 11-dən etibarən Bakı şəhəri və Xızı rayonunda tam orta məktəblərin 5, 7 və 9-cu sinif şagirdlərinin cəlb olunduğu "Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi" sorğusuna yekun vuruldu. Nazirlikdən "Olaylar" - a bildirilib ki, ilk dəfə olaraq, pilot layihə çərçivəsində "Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi" ilə bağlı sorğu aparılırdı. Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında, xüsusi olaraq Azərbaycanın məktəbli mühitinə uyğunlaşdırılmış 60-dan çox sualdan ibarət Azərbaycan və rus dillərində anketlər hazırlandı.

Bakı və Xızı məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədilə aparılan sorğuda, ümumilikdə isə, pilot sorğuda 1350 şagirdin iştirakı nəzərdə tutulur. Digər bölgələr üzrə aparılacaq sorğular tamamlandıqdan sonra, əldə edilmiş məlumatlar xüsusi olaraq IBM şirkətinin SPSS kompyuter proqramı vasitəsi təhlil ediləcək və nəticələr əsasında hesabat hazırlanacaq.

Sorğunun nəticələri Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin mayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.

Qeyd edək ki, sorğu 18-21 apreldə Sumqayıt şəhər məktəblərində aparılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR