Naziri  həmkarını qəbul etdi

Səhiyyə naziri  Oqtay Şirəliyev Cibuti Respublikasının səhiyyə naziri Dr. Cama Elmi Okiehi və nümayəndə heyətini ölkəmizə rəsmi səfəri zamanı qəbul edib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, nazirlikdə baş tutan görüşdə ilk olaraq müqabil tərəf 2017-ci ilin "İslam Həmrəyli İli" elan etməsini bütün İslam Dünyası ölkələrində rəğbətlə qarşılandığını vurğulayıb. Qonaq həmçinin "İslam Həmrəyli Oyunları" nın Azərbaycanda keçirilməsini ölkə rəhbərliyinin sağlam həyat tərzinin təşviqi və sosial yönümlü siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması və Azərbaycanın səhiyyəsinin qazandığı müsbət təcrübədən cibutili həmkarların istifadəsi, azərbaycanlı həkimlərin bu ölkədə qısa müddətdə cərrahi əməliyyatlar aparması üzrə təkliflər verildi. Səhiyyə naziri Oqtay Şirəliyev də son illər ərzində səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda qonağa məlumat verdi.

Görüşdə yaradılan şəraitlə yerlərdə tanışlıq üçün qonaq bir sıra tibb müəssisələrinə dəvət olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR