Beynəlxalq Muğam Mərkəzində Aprel döyüşlərinə həsr olunmuş tədbir

Aprelin 18 - də Beynəlxalq Muğam Mərkəzində Gənclər Fondu, Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərlə gənclər təşkilatlarının nümayəndələrinin görüşü keçirilib.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözlərini yada salaraq Azərbaycanın tarixində şanlı hadisə olan Aprel döyüşlərinin Azərbaycan əsgər və zabitlərinin Vətənə olan sevgisinin sübutu olduğunu qeyd edib. Fərhad Hacıyev Gənclər Fondunun fəaliyyət göstərdiyi 5 il ərzində vətənpərvərliyə həsr olunmuş 463 layihənin maliyyələşdirilməsi haqqında məlumat verdi. O həmçinin Fondun cari və gələcək fəaliyyətində vətənpərvərlik mövzusuna xüsusi önəm veriləcəyini qeyd edib.

Daha sonra söz Polkovnik-Leytenant Abdulazimov Vüqar, Polkovnik-Leytenant Cəfərov Xəqani, Polkovnik-Leytenant Zeynalabdinov Elmar, Leytenant Mehdizadə Səbuhiyə verilmişdir. Onlar Aprel döyüşlərində göstərilmiş şücaət və qəhrəmanlıq haqqında məlumat vermişdilər. 

Görüşün sonunda Aprel döyüşlərinə həsr olunmuş xüsusi film nümayiş edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR