Xoreoqrafiya Akademiyasında yubiley

Xoreoqrafiya Akademiyasının Akademiyanın Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə "Əfrasiyab Bədəlbəyli 110. Azərbaycan baleti ənənəvi incəsənət növləri sintezi kontekstində" mövzusunda seminar keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində Əfrasiyab Bədəlbəyli fenomeni barədə danışdı. Seminarda Bakı Xoreoqrafiya Akademiyasının bakalavr və magistratura şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının əməkdar artisti Eteri Cəfərova və Bakı Xoreoqrafiya Akademiyasının "İnstrumental ifaçılıq" ixtisası üzrə 1-ci kurs magistr tələbəsi Vüsalə Zöhrabova məruzələrlə çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığını geniş şəkildə işıqlandırdılar.

Seminarda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Haqverdiyeva-Qafarova, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova çıxış edərək bəstəkarın Azərbaycan musiqi və teatr mədəniyyətindəki, milli xoreoqrafiya sənətinin inkişafındakı rolu barədə və dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışdılar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR