AMEA – da yeni şöbənin yaradılması təklif olundu

Aprelin 18-də AMEA - nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. Bölmədən "Olaylar" - a bildirilib ki, akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında müzakirə aparılıb. Bildirilib ki, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatını, o dövrdə yaşayan şairlərin həyat və yaradıcılığını, sənətkarlığını öyrənmək, onların kənarda qalan irsini toplamaq, tədqiq etmək kimi məsələlər Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılmasını zəruri edib.Yeni şöbənin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
Növbəti məsələ Folklor İnstitutunun "İrs" folklor ansamblının adı ilə bağlı olub. Bildirilib ki, ölkədə eyni adda çoxsaylı musiqi qrupları fəaliyyət göstərdiyindən İnstitutun nəzdindəki ansamblın adında dəyişikliyə ehtiyac var. Bölmənin qərarı ilə Folklor İnstitutunun "İrs" ansamblının adı "Qorqud" folklor ansamblı şəklində dəyişdirilib.
İclasda həmçinin  Hüseyn Cavidin Ev Muzeyinin Alqı Komissiyasının yeni tərkibinin təsdiqi haqqında qərar qəbul edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR