I Kültəpədə arxeoloji tədqiqatlar

2013-cü ildən 2016-cı ilə qədər AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə Babək rayonunun ərazisində yerləşən və e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlar aparıb. Tədqiqatlarda da əsas məqsəd yaşayış yerində məskunlaşma tarixini dəqiqləşdirməkdən ibarət olub. Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir və burada insanlar e.ə. VII minilliyin ortalarında məskunlaşıblar. I Kültəpə və onun ətrafında yerləşən yaşayış yerlərinin tədqiqinin nəticəsi olaraq bu günlərdə "Kültəpədə arxeoloji qazıntılar (2013-2016)" adlı kitab işıq üzü görüb.Arxeoloji tədqiqatlar Kültəpədə Neolit dövrünün varlığını təsdiq etmiş, onun Cənubi Qafqazın ən qədim Neoloit məskənlərindən biri olduğunu deməyə imkan verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR