“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq "Veysəloğlu" şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib. Bu barədə məlumat "OLAYLAR"-a şirkətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR