İslam həmrəyliyi və milli mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Dövlət Regional Kollecinin birgə təkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları və Masallı Dövlət Regional Kollecinin müəllim-tələbə heyəti iştirak edib. Tədbirdə "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" adlı məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR